METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda duz istehsalı artıb

6 Avqust 2024 18:49

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 42 min 414,1 ton texniki duz istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,5 faiz çoxdur.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, hesabat dövründə xörək duzunun istehsalının həcmi 23,4 faiz artaraq 41,6 min tona çatıb.

Bu il iyulun 1-nə olan məlumata görə, müəssisələrin anbarlarında 34,6 min ton texniki, 2,2 min ton xörək duzu olub.


metbuat.az.