METBUAT.AZ

Ölkə

Azərbaycanda sarı xəbərdarlıq elan edildi

6 Avqust 2024 09:48

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, avqustun 7-dən 8-i axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Avqustun 7-8-də isə bölgələrdə fasilələrlə şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Ağstafa, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, İmişli, Beyləqan, Sabirabad, Şirvan, Salyan, Saatlı, Biləsuvar, Füzuli, Cəbrayıl, Cəlilabad, Yardımlı, Lerik, Şahbuz, Ordubad, Culfa, Qobustan, Şabran, Xızı, Xaçmaz, Siyəzən, Neftçalada arabir 13.9-20.7 m/san təşkil edəcək.


metbuat.az.