28 Avqust 2024 14:06
Azərbaycanda Elektron Su Təsərrüfatı İnformasiya Sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.
Metbuat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, artıq su balansı sistemi təhvil verilib: “Su ehtiyatlarının faktiki vəziyyəti ilə bağlı uçotun aparılmasını istəyirik. İlk növbədə işğaldan azad edilmiş ərazilərdə proqramı işləmişik. Demək olar ki, bütün çaylarda avtomat stansiyaların məlumatları əsasında istənilən vaxt vəziyyəti qiymətləndirmək mümkündür”.