METBUAT.AZ

İdman

Azərbaycanın basketbol millisi növbəti görüşünə çıxdı -

1 Avqust 2024 23:22

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, yığma IIII turda Almaniya ilə qarşılaşıb. Görüş komandamızın 8:12 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya isə 10:15 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.


metbuat.az.