METBUAT.AZ

İdman

Azərbaycanın basketbol millisi tarixi qələbə qazandı -

1 Avqust 2024 00:19

Azərbaycanın dörd idmançısı və 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının növbəti günündə mübarizə aparıb.

Metbuat.az-ın məlumatına görə, olimpiadalar tarixində ölkəmizi ilk dəfə komanda yarışlarında təmsil edən qadınlardan ibarət 3x3 basketbol yığmamız ikinci matçına çıxıb.

Komandamız II turda ABŞ yığması ilə görüşüb. 20:17 hesabı ilə qalib gələn qızlarımız tarixi qələbəyə imza atıb. Seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq. Hər iki oyun bu gün gerçəkləşəcək.


metbuat.az.