METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın Fransa ilə ticarəti 55% azaldı

28 Avqust 2024 17:53

Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi bu ilin yanvar-iyul aylarında 197,1 milyon dollar təşkil edib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 55,6% azdır.

Hesabat dövründə ölkədən Fransaya ixrac 62,5 milyon dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 134,5 milyon dollar olub.


metbuat.az.