21 Avqust 2024 20:24
Azərbaycanın iki güləşçisi İordaniyanın Amman şəhərində davam edən U-17 dünya çempionatında qızıl medal qazanıb.
Metbuat.az xəbər verir ki, Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) mundialın qalibi olublar.
Final görüşlərində Daşdəmirov qırğızıstanlı Kutman Kalbayevə, Cavadov isə gürcüstanlı Vaxtanq Loluaya qalib gəlib.
Qeyd edək ki, daha əvvəl Əmrah Əmrahov (48 kq) yarışın bürünc mükafatına sahib çıxıb.