METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın İranla ticarəti 24% artıb

27 Avqust 2024 18:27

Azərbaycanla İran arasında bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 347,1 milyon dollar təşkil edib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çoxdur.

Hesabat dövründə İrandan Azərbaycana 339,4 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 7,6 milyon dollar təşkil edib.


metbuat.az.