METBUAT.AZ

İdman

Azərbaycanın minifutbol komandalarının rəqibləri bəlli oldu

28 Avqust 2024 21:28

Bu gün minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan komandaları "Birbaşa Bakı" və "AzNur"un da rəqibləri bəlli olub.
"Birbaşa Bakı" "BKMK Brno" (Çexiya), "Nottingem Livorno" (İtaliya) və "Orteqa Tvins Malaqa" (İspaniya) komandaları ilə eyni qrupda yer alıb.

"Aznur"un rəqibləri isə "Andezit" (Ukrayna), "Qalport Svieçe" (Polşa) və "Piopios Bayonne" (Fransa) kollektivləri olub.

Qeyd edək ki, Çempionlar Liqası sentyabrda Polşanın paytaxtı Varşavada gerçəkləşəcək.


metbuat.az.