METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın valyuta bazarı 33 % böyüyüb

9 Avqust 2024 11:02

Bu ilin I yarısında Azərbaycanın valyuta bazarında 20,2 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.

Metbuat.az Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 32,9 % çoxdur.

Yarımillik əməliyyatların 17,8 milyard ABŞ dolları nağdsız, 2,4 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 32,8 % və 33,3 % çoxdur.

Nağdsız valyuta əməliyyatlarının 81 %-i ABŞ dollarında, 19 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 87,5 %-i ABŞ dollarında, 12,5 %-i digər valyutalarda baş tutub.


metbuat.az.