METBUAT.AZ

Dünya

Azərbaycanlı iş adamı Moskvada öldürüldü

21 Avqust 2024 15:02

43 yaşlı azərbaycanlı iş adamı Emin Quliyev Moskva yaxınlığındakı Reutovoda atıcılıq poliqonunda 17 yaşlı oğulluğu tərəfindən ehtiyatsızlıqdan öldürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Məlumata görə, oğlu atış edərkən onun fotosunu çəkməyən çalışan Emin Quliyev sinəsinə tuş gələn güllə səbəbindən hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı poliqonun inzibatçısı 51 yaşlı Mixail Aborin saxlanılıb. İnzibatçı 11-ci sinif şagirdinə pasportunu göstərməyi belə tələb etmədən və xidmət göstərilməsi üçün müqavilə bağlamadan atəş açmağa icazə verib.

Faktla bağlı “İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən, ehtiyatsızlıqdan ölümlə nəticələnən xidmətlər göstərmə” maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi Moskva vilayətinin İstintaq Komitəsinin nəzarətindədir.


metbuat.az.