METBUAT.AZ

Sosial

Bakı və bu rayonlarda pensiyalar ödənildi

9 Avqust 2024 18:09

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.


metbuat.az.