15 Avqust 2024 16:50
Bakının Xətai rayonunda obyektdə yanğın hadisəsi baş verib və alov yaxınlıqdakı yaşayış evinə keçib.
Metbuat.az xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Hadisə yerindən görüntüləri tıəqdim edirik: