METBUAT.AZ

Hadisə

Bakıda mənzil yandı -

18 Avqust 2024 12:36

Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m. sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


metbuat.az.