METBUAT.AZ

Siyasət

Bakıda Putinə hansı yeməklər təqdim olundu? -

19 Avqust 2024 19:18

Xəbər verdiyimiz kimi, Bakıda “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Rusiya Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib.

Metbuat.az-ın məlumatına görə, ziyafətin menyusu Rusiyaya məxsus teleqram kanallarında paylaşılıb.

Qonaqlara badımcan ləvəngisi, ayranaşı və digər milii təamlar təklif edilib.Menyuda quzu-təndir, iki cür yarpaq dolması, kükü, qızardılmış düşbərə, iki cür qutab, qızardılmış qızıl balıq və kartof, həmçinin milli şirniyyatlar da var.


metbuat.az.