16 Avqust 2024 10:53
"Oğuz-Qəbələ-Bakı kəməri içməli su ilə tam həcmdə doldurulub, su Bakı şəhərinə daxil olub".
Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.
"Öncədən də elan etdiyimiz kimi günorta saatlarında əhalinin su təminatı normal rejimdə bərpa olunacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.