27 Avqust 2024 21:43
Bakıda intihar hadisəsi olub.
Metbuat.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Nərimanov rayonu, Azadlıq prospektində yerləşən "Studio-23" kişi salonunda baş verib.
Orada bərbər işləyən, 25 yaşlı İlkin Nağıyev iş yerində özünü asıb. İ. Nağıyevin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Nərimanova Rayon Prokurorluğunda araşdırma aparılır.