METBUAT.AZ

Ölkə

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

21 Avqust 2024 21:31

Bakıdan Antalyaya uçuş növbəti dəfə təxirə salınıb.

Metbuat.az xəbər verir ki, "Anadolu JET"ə məxsus təyyarə ilə uçuş saat 00:45-ə təyin edilib.

Qeyd edək ki, bu gün bilet alan yüzə yaxın sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportunda çətin anlar yaşayıblar. Səbəb olaraq təyyarədə problem yarandığı bildirilir.

Qeyd edək ki, uçuş əvvəlcə saat 23:00-a təyin olunub.


metbuat.az.