METBUAT.AZ

Ölkə

Bakının iki rayonunda qaz kəsiləcək

8 Avqust 2024 09:59

Binəqədi rayonunun 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Nəsimi rayonunun M.Cəlal küçəsi 64 ünvanında isə siyirtmənin quraşdırılması məqsədi ilə 08.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Azəriqaz"dan Metbuat.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun A.S.Axundov, C.Xəndan, N.Nərimanov küçələrinin və Azadlıq prospektinin, Nəsimi rayonunun A.Məhərrəmov, Cavadxan, 20 Yanvar küçələrinin qaz təchizatında fasilə yaranacaqdır.


metbuat.az.