METBUAT.AZ

Maraqlı

Balinalar niyə sudan sıçrayıb çıxır? -

9 Avqust 2024 16:02

Balinaların sudan sıçrayış edərək çıxması tez-tez müşahidə edilən hal olsa da, çox insan bunun səbəbini bilmir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bir çoxları balinaların bunu sadəcə əyləncə məqsədi ilə etdiklərini düşünə bilərlər, lakin bu belə deyil.

Balinaların bu hərəkəti etmələrində əsas səbəblərdən biri yüksək səs effekti yaratmaqdır. Bu səs sayəsində onlar uzaq məsafələrdə olan digər balinalarla əlaqə qura bilirlər. Bu əlaqənin əsas məqsədi bilinmir, lakin ehtimal edilir ki, özlərinin və qidaların yeri bildirməyə, qatil balinalara qarşı xəbərdarlıq siqnalı göndərməyə çalışırlar.

Eyni zamanda, balinalar gəmilərin səslərini və hava şəraiti ilə əlaqədar gələn səsləri batırmaq üçün də bu hərəkəti edirlər. Həmçinin bəzi hallarda balinalar ovlarına və qarşı cinsə təsir göstərmək üçün də bunu edirlər.


metbuat.az.