METBUAT.AZ

İdman

"Barselona" 50 milyonluq oyunçunu icarə göndərdi

26 Avqust 2024 16:59

İspaniyanın "Barselona" klubunun futbolçusu Vitor Roke icarə əsasında "Real Betis"də çıxış edəcək.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu bu möcsümün sonuna qədər "Betis"in fotmasını geyinəcək və onun maaşı da bu klub tərəfindən qarşılanacaq. Rokenin transfer qiyməti isə 50 milyon avrodur.

Qeyd edək ki, Kataloniya klubu 19 yaşlı Rokeni "Atletiko Parinensi"dən almışdı.


metbuat.az.