METBUAT.AZ

İdman

“Barselona”dan Tağızadə ilə bağlı

30 Avqust 2024 10:01

“Barselona” azərbaycanlı qapıçı Eldar Tağızadəni icarəyə verib.

Metbuat.az xəbər verir ki, klubun rəsmi saytında yayımlanan açıqlamada Eldar Tağızadənin 4-cü liqa təmsilçisi “CD Tudelano”ya bir mövsümlük icarəyə göndərildiyi bildirilib. Razılaşma 30 iyun 2025-ci il tarixinədək qüvvədə olacaq.

Xatırladaq ki, “Barselona”nın B komandası Eldar Tağızadə ilə 2026-cı ilin yayına kimi müqavilə imzalamışdı. Gənc qapıçı ötən mövsüm İspaniyanın “Luqo” klubunda forma geyinib.


metbuat.az.