26 Avqust 2024 12:10
“Barselona” “Fənərbaxça”nın istədiyi Ansu Fati ilə bağlı qərarını verib.
Metbuat.az xəbər verir ki, “Barselona” Fatinin klubda qalmasını istəyir. “Relevoda” dərc olunan xəbərə görə, baş məşqçi Hansi Flikin etimadını qazanan futbolçu komandanı tərk etməyəcək. Premyer Liqa təmsilçisi "Brighton"un futbolçunu icarə əsasında heyətdə saxlamaq imkanı olsa da, bundan istifadə etməyib. Məlumata görə, Ansu Fati ilə "Marsel" və "Sevilya" klubları da maraqlanır.
Qeyd edək ki, ötən mövsüm "Brayton"a icarəyə verilən Ansu Fati orada 30 matça çıxıb və 4 qol vurub, 1 məhsuldar ötürmə edib.