METBUAT.AZ

İdman

"Barselona" Uilyamsın yerinə onu istəyir -

22 Avqust 2024 10:45

“Milan”ın parlayan ulduzu Rafael Leao üçün yeni transfer iddiası ortaya atılıb.

Metbuat.az xəbər verir ki, hücum xəttini gücləndirmək istəyən "Barselona" futbolçunu transfer etmək üçün hərəkətə keçib. “Fichajes”də yer alan xəbərə görə, “Milan”da əvəzolunmaz futbolçu olan sol cinah yarımmüdafiəçisi üçün fantastik məbləğ tələb olunur. Xəbərdə “Milan”ın ulduz oyunçu üçün 90 milyon avroluq sərbəst qalma məbləği tələb etdiyi iddia edilir. Bəzi mənbələrdə isə bu məbləğin 150 milyon avrodan çox olduğu iddia edilir.

2023/24 mövsümündə İtaliya nəhəngi ilə bütün turnirlərdə 47 matça çıxan Leao 15 qol vurub, 14 məhsuldar ötürmə edib.


metbuat.az.