METBUAT.AZ

İdman

"Barselona" umduğunu ala bilmədi -

1 Avqust 2024 14:12

Avropada bir çox komandanın transfer siyahısında olan Niko Uilyamsın “Atletik Bilbao”da qalacağı deyilir.

Metbuat.az xəbər verir ki, “Atletik Bilbao” futbolçuya daha yaxşı şərtlərlə yeni müqavilə təklif edib. "Atletik"in xəbərinə görə, "Barselona"nın marağına baxmayaraq Uilyams karyerasını "Atletik Bilbao"da davam etdirəcək. Məlumata görə, bununla belə, futbolçu rəsmi qərarını hələlik klublara deməyib.

Qeyd edək ki, “Osasuna”da futbola başlayan və 2013-cü ildə "Atletik Bilbao"ya transfer olan Niko Uilyams 2021-ci ildə A komandasına yüksəlib. Hazırda transfer dəyəri 70 milyon avro olan vingerin müqaviləsində 55 milyon avroluq sərbəst qalma maddəsi var.


metbuat.az.