METBUAT.AZ

İdman

​“Barselona” və “Real"ın istədiyi futbolçu qərarını verdi

2 Avqust 2024 14:12

“Barselona” və “Real Madrid”in transfer etmək istədiyi Florian Virtz karyerası ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o hələlik başqa kluba getmək istəmədiyini ifadə edib. Futbolçu “Bayer Leverkuzen”də uğurlar qazanmaq istədiyini qeyd edib. Florian Virtz qeyd edib ki, onun məqsədi “Bayer Leverkuzen”lə hədəflərinə çatmaqdır.

Qeyd edək ki, transfer dəyəri 130 milyon avro olan Florian Virtzin “Bayer Leverkuzen”lə müqaviləsi 2027-ci ildə yekunlaşacaq. “Real Madrid”in gələn mövsüm onu transfer etmək istədiyi deyilir. “Barselona” isə “Real”dan daha tez hərəkət etmək istəyir.


metbuat.az.