METBUAT.AZ

İdman

"Başakşehir"in rəqibləri bəlli oldu

30 Avqust 2024 17:18

Türkiyənin "Başakşehir" klubunun UEFA Konfrans Liqasının Liqa mərhələsindəki rəqibləri bəlli olub.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi Danimarkanın "Kopenhagen", Almaniyanın "Haydenhaym", Avstriyanın "Rapid", Belçikanın "Serkl Brügge", Moldovanın "Petrokub" və Sloveniyanın "Tselye" kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Konftrans Liqasında Liqa mərhələsi oktyabrın 3-də start götürəcək.


metbuat.az.