14 Avqust 2024 11:18
ABŞ prezidenti Co Bayden ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyatı açıq şəkildə şərh edib.
Metbuat.az Reuters-ə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Co Bayden Amerika rəsmilərinin bu addımla bağlıukraynalılarla daimi təmasda olduğunu deyib. O qeyd edib ki, son 6-8 gün ərzində ona Ukraynanın addımları barədə hər 4-5 saatdan bir məlumat verilib.
“Bu, Putin üçün əsl dilemma yaradır”, o, Ukraynanın Rusiya ərazisinə müdaxiləsini şərh edərkən deyib.