29 Avqust 2024 15:55
"Belarus silahlı qüvvələrinə ölkədən kənarda hərbi əməliyyatlarda iştirak etmək əmri olmayıb və olmayacaq”.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko xarici mətbuatda onun Rusiya-Ukrayna münaqişəsində iştirak etmək niyyətində olduğu barədə bəyanatlar yayıldığını deyib.
“Ölkəmizdən kənara çıxmaq əmri olub və olmayacaq. Yalnız onlar bizə pis niyyətlə yaxınlaşanda döyüşəcəyik”.
Qeyd edək ki, avqustun 18-də 20 mindən çox əsgəri Belarusla ilə sərhəddə yerləşdirilib. Ukrayna tərəfinin hərəkətlərinə cavab olaraq Belarus da ölkələr arasında bütün sərhəd boyu yerləşdirilmiş hərbi qulluqçularının sayını artırıb.
Aleksandr Lukaşenko dəfələrlə Rusiya və Ukraynanı hərbi əməliyyatları dayandırmaq üçün danışıqlar aparmağa çağırıb.