METBUAT.AZ

Dünya

Belarus tanklarını Ukrayna sərhədinə yerləşdirir

11 Avqust 2024 12:38

Belarus Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadalarından birinin tankları qoşunların sərhəd qruplaşmalarının gücləndirilməsi məqsədilə Ukrayna ilə sərhəd bölgəsinə yerləşdirilir.

Metbuat.az-ın məlumatına görə, bu məlumatı Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti yayımlayıb.

Nazirliyin açıqlamasında qeyd olunub ki, mexanikləşdirilmiş birləşmələrdən birinin bölmələri qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazırdır və hərbi texnikalar dəmir yolu vasitəsilə təyin olunmuş ərazilərə yola salınır.


metbuat.az.