METBUAT.AZ

Dünya

Belqorod vilayətində hərbi vəziyyət elan edildi

14 Avqust 2024 10:31

Ukrayna ordusunun hücumları ilə əlaqədar Belqorod vilayətində regional fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Qubernator bildirib ki, Belqorod vilayətində vəziyyət son dərəcə çətin və gərgin olaraq qalır.

“Ukrayna silahlı qüvvələrinin hər gün atəşə tutması, dağıdılan evlər, yaralananlar, ölən dinc sakinlər.... Buna görə də, biz bu gündən etibarən əhalinin əlavə müdafiəsini təmin etmək və zərərçəkənlərə əlavə dəstək vasitələri təqdim etmək üçün Belqorod vilayətinin bütün ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəldik”.

O əlavə edib ki, gələcəkdə hökumət komissiyası federal səviyyədə fövqəladə vəziyyət elan etmək üçün müraciət edəcək.


metbuat.az.