METBUAT.AZ

İdman

"Beşiktaş" heç-heçə etdi -

23 Avqust 2024 09:01

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, 12 oyun baş tutub.

Türkiyə təmsilçisi “Beşiktaş” İsveçrədə “Luqano”nun qonağı olub. Məhsuldar keçən bu qarşılaşmada qalib müəyyənləşməyib.

Meydan sahiblərindən Uran Bislimi və Renato Şteffen fərqləniblər, Qabriel Paulista 63-cü dəqiqədə avtoqola imza atıb. İstanbul komandasının heyətində Jedson Fernandeş dubl edib, Əl-Musrati isə 55-ci dəqiqədə fəqlənməyi bacarıb.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 29-da İstanbulda baş tutacaq.

Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunları
22 avqust

LASK (Avstriya) – “Styaua” (Rumıniya) 1:1
“Molde” (Norveç) – “Elfsborq” (İsveç) 0:1
“Viktoriya” (Plzen, Çexiya) – “Harts” (Şotlandiya) 1:0
RFS (Latviya) – APOEL (Kipr) 2:1
PAOK (Yunanıstan) – “Şemrok Rovers” (İrlandiya) 4:0
“Ludoqorets” (Bolqarıstan) – “Petrokub” (Moldova) 4:0
“Makkabi” (Təl-Əviv, İsrail) – “Baçka Topola” (Serbiya) 3:0
“Luqano” (İsveçrə) – “Beşiktaş” (Türkiyə) 3:3
“Dinamo” (Minsk, Belarus) – “Anderlext” (Belçika) 0:1
“Yagellonya” (Polşa) – “Ayaks” (Niderland) 1:4
“Ferentsvaroş” (Macarıstan) – “Borats” (Bosniya və Herseqovina) 0:0
“Braqa” (Portuqaliya) – “Rapid” (Vyana, Avstriya) 2:1.


metbuat.az.