METBUAT.AZ

İdman

"Beşiktaş"ın maraqlandığı Di Mariya qərarını verdi

7 Avqust 2024 11:29

Portuqaliyanın "Benfika" klubu argentinalı ulduz Anxel Di Mariya ilə müqavilənin müddətini uzadıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu mövsüm müqaviləsi sona çatan futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm 48 matça çıxan Di Mariya 17 qol vurub, 15 asisst edib. Onun adı İstanbulun "Beşiktaş" klubu ilə hallanırdı.


metbuat.az.