12 Avqust 2024 16:42
"Beşiktaş" Fransisko Montero ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etdiyini açıqlayıb.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, artıq müdafiəçinin yeni komandası da məlum olub. İspaniyanın 2-ci liqasında çıxış edən "Rasinq Santander" həm “Beşiktaş”, həm də futbolçunun özü ilə anlaşıb.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi “Beşiktaş”ın heyətində 26 matçda çıxış edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.