METBUAT.AZ

Hadisə

Beyləqanda kanalda batan 9 yaşlı uşağın cəsədi tapıldı

20 Avqust 2024 16:18

Beyləqan rayonu ərazisində su kanalına düşərək boğulan uşağın cəsədi tapılıb.

Metbuat.az xəbər verir ki, hadisə avqustun 18-də axşam saatlarında Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisindən keçən Yeni Xanqızı kanalında baş verib.

9 yaşlı Əhməd İbrahimov kanala düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Axtarışlar nəticəsində bu gün səhər saat 08:00 radələrində Əhməd İbrahimovun cəsədi batdığı yerdən təxminən 9 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.


metbuat.az.