25 Avqust 2024 09:01
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə tarixi, vaxtı və yeri barədə bildirişlərin seçicilərə paylanması prosesi yekunlaşıb.
Metbuat.az xəbər verir ki, məntəqə seçki komissiyaları tərəfindən bildirişlərin seçicilərə paylanması prosesi səsvermə gününə 7 gün qalanadək başa çatmalıdır.
Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu proses 2024-cü il avqustun 25-dək yekunlaşdırılır.