METBUAT.AZ

Dünya

Blinken Qalantla Qəzzanı müzakirə etdi

10 Avqust 2024 14:55

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Qalant aradsında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında regionda gərginliyi azaltmaq üçün atılan addımlar müzakirə olunub.

Antoni Blinken ABŞ-ın İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib.

O, qeyd edib ki, eskalasiya heç bir tərəfin maraqlarına uyğun deyil.


metbuat.az.