9 Avqust 2024 23:44
Braziliyada daxili reysi yerinə yetirən təyyarənin qəzaya uğraması nəticəsində 62 nəfər ölüb.
Metbuat.az xəbər verir ki, “Voepass” şirkətinə məxsus, Fransa istehsalı olan ATR-72 tipli təyyarə San-Paulu ştatında qəzaya uğrayıb. Ekipaj üzvləri və sərnişinlər arasında sağ qalan yoxdur. Qəzanın səbəbləri araşdırılır.