METBUAT.AZ

Maraqlı

Bu bürcləri həftəsonu şanssızlıq gözləyir

2 Avqust 2024 09:16

Həftəsonu bəzi bürclər üçün uğursuz hadisələrlə yadda qala bilər.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, astroloqlar Balıqlar, Dolça və Əqrəb bürclərinin bu həftəsonu şanssızlıqla üzləşəcəklərini düşünürlər.

Balıqlar - vacib qərarlar vermək üçün bu həftəsonunu gözləyirdinizsə, bir qədər də gözləmək lazım gələcək. İstirahətinizə vaxt ayırmaq və problemlərdən qısa müddət də olsa uzaq durmaq faydalı olacaq.

Dolça - həftəsonu şəxsi münasibətlərdə olan problemlər bir qədər də dərinləşə bilər. Ətrafınızdakı insanlara diqqət göstərməyə, səmimi olmağa çalışın. Eyni zamanda maliyyə problemləri ilə üzləşə bilərsiniz.

Əqrəb - bu bürc altında doğulan insanlar həftəsonunda iş həyatı və bizneslə bağlı pis xəbərlər ala bilərlər. Ailə və dostlarla münasibətlərdə də anlaşılmazlıqlar yaşana bilər. Riskli qərarlar vermək lazım gələcək.


metbuat.az.