METBUAT.AZ

Dünya

Bu dəhlizlə yükdaşımaların həcmi artıla bilər

17 Avqust 2024 15:42

Rusiya, Qazaxıstan, Türkmənistan və İrandan keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq qolunun potensialı ildə 15 milyon tona qədərdir.

Metbuat.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

Onun sözlərinə görə, ötən ildən bu istiqamətdə yüklər daşınır və daşımaların həcmi 650 min ton təşkil edib.

Səfirin sözlərinə görə, bu il yük dövriyyəsinin 2 milyon tona çatdırılması planlaşdırılır.


metbuat.az.