METBUAT.AZ

Ölkə

Bu ərazilər qazsız qalacaq

22 Avqust 2024 20:26

23.08.2024-cü il tarixdə saat 08:00-dan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir-quraşdırma işləri, saat 10:00-dan etibarən isə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Məktəbli küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunur ki, təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Çaylı-Qobustan yaşayış massivinin, Ceyranbatan və Saray qəsəbələrinin, Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin, Suraxanı rayonu üzrə isə Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


metbuat.az.