METBUAT.AZ

Ölkə

Bu ərazilərdə qaz olmayacaq

1 Avqust 2024 09:09

Suraxanı, Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, Suraxanı, Binəqədi rayonunda və "Mərdəkan bağları" QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Bağlar massivində, Bülbülə və Yeni Suraxanı qəsəbəsində, həmçinin Binəqədi rayonu, Məlik Aslanov küçəsində və Xəzər rayonu, Mərdəkan yeni yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


metbuat.az.