METBUAT.AZ

Ölkə

Bu ərazilərə qazın verilişi dayandırılacaq

26 Avqust 2024 21:25

Sabah Bakının Sabunçu rayonu və Şamaxı, Kürdəmir rayonlarında qaz kəsiləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 27.08.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək "Şamaxı" ölçü qovşağından qidalanan qaz xətləri üzərində və "Sığırlı" ölçü qovşağından qidalanan müxtəlif diametrli qaz xətlərində, həmçinin saat 10:00-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir quraşdırma işləri aparılan müddətdə Şamaxı rayonunun (şəhər mərkəzi, 1 qəsəbə, 14 kənd), Kürdəmir rayonunun (rayon mərkəzinin bir hissəsi, 39 kənd, 2 qəsəbə), həmçinin paytaxtın Sabunçu rayonunun (Maştağa qəsəbəsinin M.Mirəliyev, B.Baloğlanov, R.Salmanov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


metbuat.az.