METBUAT.AZ

Dünya

Bu halda ABŞ İsraili "vuracaq" -

15 Avqust 2024 10:26

Əgər Benyamin Netanyahu girovların qaytarılması və Qəzza zolağında atəşkəs üçün danışıqlardan imtina etsə, Co Bayden onu cəzalandıracaq.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Bayden administrasiyası İsrail və HƏMAS-a əlavə danışıqlar imkanı olmadan təklif verə bilər. Netanyahu imtina edərsə, Bayden dialoqun ard-arda uğursuzluğunda onu açıq şəkildə günahlandıracaq:

"Eyni zamanda ABŞ İsrail hökumətində HƏMAS hərəkatı ilə razılaşmaya qarşı çıxan nazirlər İtamar Ben-Qvir və Bezalel Smotriç də daxil olmaqla radikal sağçılara qarşı addımlar atmağı düşünür".


metbuat.az.