14 Avqust 2024 14:18
ABŞ prezidenti Co Bayden Qəzza zolağında atəşkəsin əldə olunması barədə danışıb.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, Bayden atəşkəs sazişi imzalanacağı təqdirdə İranın İsrailə hücum planlarından imtina edə biləcəyini deyib.
O, həmçinin qeyd edib ki, İranın hücum ehtimalı İsraillə Fələstinin HƏMAS hərəkatı arasında sazişlərin bağlanması perspektivlərini çətinləşdirir.