METBUAT.AZ

Sağlamlıq

Bu halda ürək qəfil dayana bilər

7 Avqust 2024 09:59

Miokard infarktı ürəyin dayanmasına səbəb ola biləcək ən çox yayılmış xəstəlikdir. Buna görə də, xəstəyə tez bir zamanda tibbi yardım göstərmək son dərəcə vacibdir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, miokard infarktı ən çox görülən ürək xəstəliyidir. Əsas simptomları isə bunlardır:

- ağrı dalğavari bir vəziyyətdə təkrarlanır;

- ağrı sol çiyinə, sol qola, alt çənəyə yayılır;

- kəskin zəiflik, qorxu hissi var;

- nəbz artır;

- qan təzyiqi kəskin şəkildə dəyişir.

Bu simptomlardan ən azı birinin olması halında təcili yardım çağırmaq lazımdır. Təcili yardımın gəlməzdən əvvəl ürək tutması baş verərsə, ürəyin xarici masajı edilməlidir. Əgər şəxs şüurludursa, bunları etmək olar:

- bədənin yuxarı hissəsini qaldıraraq oturmaq və ya uzanmaq;

- təzyiq yüksəkdirsə və heç bir əks göstəriş yoxdursa, aspirin və nitrogliserin tabletini qəbul edin;

- otağı havalandırmaq üçün pəncərələri açın.


metbuat.az.