28 Avqust 2024 15:35
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Detroytda Milli Qvardiya Assosiasiyasının üzvləri ilə görüşüb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, o, çıxışında III Dünya Müharibəsinin başlamasının risklərindən danışıb.
Onun sözlərinə görə, bu, Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi, III Dünya Müharibəsi ilə nəticələnə bilər.
O, Rusiya ilə Ukrayna arasındakı münaqişəni tez bir zamanda dayandırmağa qadir olduğunu bir daha vurğulayıb. Respublikaçı namizəd artıq bir neçə dəfə oxşar bəyanatlar verib.