METBUAT.AZ

İqtisadiyyat

Bu il verilən güzəştli kreditlərin həcmi açıqlandı

7 Avqust 2024 15:39

Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 3 252 layihənin maliyyələşdirilməsinə 119 milyon manat güzəştli kredit verib.

Bu barədə Metbuat.az-a Fonddan bildirilib.

Məlumata görə, verilmiş kreditlər hesabına 1 764 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, SİF Azərbaycan Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.

SİF sahibkarların güzəştli kreditlərlə maliyyələşdirilməsi çərçivəsində 20 bank, 9 bank olmayan kredit təşkilatı və 10 kredit ittifaqı ilə əməkdaşlıq edir.


metbuat.az.