METBUAT.AZ

Elm və Təhsil

Bu imtahanların nəticəsi açıqlandı

6 Avqust 2024 14:26

Vakansiya seçimi mərhələsinin nəticələri elan edilib.

Bu barədə Metbuat.az-a Təhsil İnstitundan məlumat verilib. Bildirilib ki, 2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib:

"31 iyul–5 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 5701 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib".

Qeyd edilib ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir.


metbuat.az.