METBUAT.AZ

Ölkə

Bu kəndlərdə qaz olmayacaq

5 Avqust 2024 20:12

Avqustun 6-da Masallı rayonunun dörd kəndində təbii qazın verilişi dayandırılacaq.

Metbuat.az xəbər verir ki, rayonun Qəriblər kəndində payız-qış tədbirlər planına uyğun olaraq diametri 159 mm-lik qaz xəttin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərində ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının 6 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir", - məlumatda qeyd olunub.


metbuat.az.